Operativ Məlumat Mərkəzi

İbrahim Kalın HƏMAS lideri ilə görüşüb

2 dəq
Paylaş:
İbrahim Kalın HƏMAS lideri ilə görüşüb

Türkiyənin Milli Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Fələstinin hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə Qəzzadakı vəziyyəti və perspektivlərini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.

Bildirilib ki, HƏMAS İsraillə kontekstində Türkiyənin təşəbbüslərindən məmnunluğunu ifadə edib.

Kalın və Haniyyə həmçinin Yaxın Şərqdə nizamlanma məqsədilə danışıqlar prosesi ətrafında mövcud vəziyyəti və Qəzzada atəşkəs məsələsini müzakirə ediblər.

Tərəflər vurğulayıblar ki, bu məsələdə növbəti addım İsraildən gözlənilir, HƏMAS qısa müddət öncə atəşkəs üçün bəzi şərtlərlə razılaşıb.

Bundan əlavə, Qəzzaya böyük həcmdə humanitar yardımın çatdırılmasının təmin edilməsi məsələsi də müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax