Əsas məzmuna keç

Husilər Ben-Qurion hava limanına raket zərbələri endirib

Husilər Ben-Qurion hava limanına raket zərbələri endirib

bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə məlumat verib. “Yəmən raket qüvvələri hərbi əməliyyat keçirərək Yaffa (Təl-Əviv – red.)...

Yəməndəki üsyankar “Ənsar Allah” hərəkatına bağlı Təl-Əvivdə yerləşən Ben-Qurion hava limanına zərbələri endirdiklərini açıqlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə məlumat verib.

“Yəmən raket qüvvələri hərbi keçirərək Yaffa (Təl-Əviv – red.) ərazisində yerləşən Ben-Qurion hava limanını iki ballistik raketlə vurub. Əməliyyat nəticəsində milyonlarla insan sığınacaqlara getməyə məcbur edilib. Hava limanında aviauçuşlar bir saat müddətinə dayandırılıb”, – deyə o, husilərə məxsus Al Masirah telekanalının efirində bildirib.

Sariənin sözlərinə görə, zərbələrdən biri “Fələstin-2” adlı hipersəs raketi ilə həyata keçirilib. O həmçinin qeyd edib ki, şənbə səhəri Yəmən üsyançıları İsrail istiqamətində zərbə dronu da göndəriblər.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən İsrailə tərəf atılmış bir raketin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyini açıqlamışdı. Ölkənin bir neçə bölgəsində hava hücumu siqnalları səslənib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…