Əsas məzmuna keç

Husilər Ben-Qurion aeroportuna və Qırmızı dənizdə ABŞ gəmilərinə zərbə endirdiklərini bildiriblər

Husilər Ben-Qurion aeroportuna və Qırmızı dənizdə ABŞ gəmilərinə zərbə endirdiklərini bildiriblər

bu barədə “Al Masirah” telekanalı husilər tərəfindən formalaşdırılmış silahlı qüvvələrin bəyanatını dərc edərək bildirib. “Biz işğal olunmuş Yaffa...

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika təyyarə daşıyıcı qrupunun gəmilərinə zərbələr endiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı husilər tərəfindən formalaşdırılmış silahlı qüvvələrin bəyanatını dərc edərək bildirib.

“Biz işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion hava limanına “Fələstin-2” hipersəs ballistik raketi ilə hücum etdik. Bütün aviasiya şirkətlərini xəbərdar edirik ki, Ben-Qurion aeroportu hava hərəkəti üçün təhlükəsiz deyil və belə də qalacaq. Hava Qüvvələri “USS Harry Truman” Amerika təyyarə daşıyıcısı ilə əlaqəli bir sıra hərbi gəmilərə hücum əməliyyatı həyata keçirib”, – məlumatda deyilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…