Operativ Məlumat Mərkəzi

Honkonqdakı yanğında ölənlərin sayı 146-ya çatıb

2 dəq
Paylaş:
Honkonqdakı yanğında ölənlərin sayı 146-ya çatıb
bu barədə xüsusi inzibati ərazinin səlahiyyətli qurumları açıqlama yayıb. İtkin düşmüş hesab olunanlardan 159 nəfərin sağ olduğu aşkarlanıb....

Honkonqda kompleksində baş verən yanğında ölənlərin sayı 146-ya çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xüsusi inzibati ərazinin səlahiyyətli qurumları açıqlama yayıb. İtkin hesab olunanlardan 159 nəfərin sağ aşkarlanıb. yanğın baş verən 7 binadan altısındakı 1500-dən çox mənzilə keçiriblər.

Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqədar binanın üzlüyünün yenilənməsi layihəsi üzrə məsləhətçi və subpodratçı şirkətlərin 8 məsul işçisi saxlanılıb. Faciə ilə əlaqədar Honkonqda 3 günlük (29 noyabr-1 dekabr) matəm elan olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax