Əsas məzmuna keç

Hollandiya Avroviziyada iştirak etməyəcək?

Hollandiya Avroviziyada iştirak etməyəcək?

Hollandiya İsrailin iştirakına icazə verildiyi təqdirdə 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Hollandiya yayımçısı tərəfindən açıqlamada, Qəzzada davam edən ciddi faciə səbəbilə hazırkı şəraitdə İsrailin Avroviziyada iştirakını müdafiə edə bilməyəcəkləri bildirilib.

Açıqlamada qeyd olunub ki, əgər İsrailin iştirakına icazə verilərsə, Hollandiya da Sloveniya, İspaniya, İslandiya və İrlandiya kimi 2026-cı il müsabiqəsində iştirak etməyəcək.

Bu il keçirilən yarışmada İsrail hökumətinin müdaxiləsinin sübut olunduğu qeyd edilərək, bunun Avroviziyanın qeyri-siyasi mahiyyətinə zidd olduğu vurğulanıb.

Həmçinin müstəqil jurnalistikanın qəsdən əngəllənməsi və çox sayda jurnalistin həyatını itirməs səbəbilə söz və mətbuat azadlığının ciddi şəkildə pozulmasından dərin narahatlıq ifadə edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…