Operativ Məlumat Mərkəzi

Hindistan sakinində yeni qan qrupu aşkarlandı

2 dəq
Paylaş:
Hindistan sakinində yeni qan qrupu aşkarlandı

Hindistanın Kolar rayonunun (Karnataka) sakinində məlum olmayan qan qrupu aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni qan qrupu xəstəxanaya ürək əməliyyatı üçün yerləşdirilən 38 yaşlı pasiyentdə tapılıb. Belə ki, pasiyentin müsbət Rh faktoru (O Rh+) olan qan qrupuna sahib olduğu düşünülüb. Lakin qan analizi zamanı qan nümunələrinin heç birinin xəstəyə uyğun gəlmədiyi görülüb. Nəticədə xəstəxana "Rotary TTK" qan mərkəzindəki laboratoriya ilə əlaqə saxlayıb. Sonra xəstədən və onun yaxınlarından qan nümunələri Qan Qrupu Referans Laboratoriyasına (Bristol, İngiltərə) göndərilib.

Ümumilikdə, tədqiqatlar on ay ərzində aparılıb, bu müddət ərzində CRIB adlı qan qrupunda əvvəllər naməlum olan antigen tapılıb. Burada I "", B "Bangalore", CR isə Cromer qan qrupu sisteminə istinad edir.

Xatırladaq ki, bundan əvvəl Moskva sakinində rezus faktor D antigeninin əvvəllər qeydə alınmamış variantı edilib. Müayinə zamanı həkimlər onun ikinci qan qrupu və D-mənfi rezus faktoru olduğunu müəyyən ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax