Operativ Məlumat Mərkəzi

Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib

2 dəq
Paylaş:
Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib

"Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında " Milli Məclisə təqdim edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, bu gün qurumun sədri Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda hesabat müzakirə olunub. Bildirilib ki, sənəddə Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət tədbirləri barədə icmal-statistik təqdim olunub.

Eyni zamanda, Hesabatda Hesablama Palatasının fəaliyyətinin, o cümlədən təsirinin (audit impact) ölçülməsi və fəaliyyətinin digər istiqamətlərdə təşkili barədə məlumatlar verilib.

Müzakirələrin yekununda Kollegiya üzvləri hesabatın təsdiq edilməsi və parlementə təqdim olunması barədə qərar qəbul ediblər.

Daha sonra Hesablama Palatasının fəaliyyəti ilə bağlı cari məsələlərə baxılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax