Operativ Məlumat Mərkəzi

Həmin aparıcı üzr istəmək məcburiyyətində qaldı

2 dəq
Paylaş:
Həmin aparıcı üzr istəmək məcburiyyətində qaldı

"Fox News" aparıcısı Brian psixi sağlamlıq problemləri olan evsiz insanları zəhərli iynə ilə öldürülmələri lazım olduğunu deməsindən sonra gələn reaksiyalar səbəbilə üzr istəmək məcburiyyətində qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kilmeade bu ifadələri 10 sentyabrda yayımlanan "Fox & Friends" proqramında 22 avqustda Şimali Karolinanın Charlotte şəhərində 23 ukraynalı qaçqın Iryna Zarutskanın qatarda bıçaqlanaraq öldürülməsi hadisəsini müzakirə edərkən işlədib.

Cinayətdə ittiham olunan 34 yaşlı evsiz DeCarlos Brovnun şizofreniya diaqnozu və 14 cinayət keçmişi olduğu bildirilib.

Aparıcının proqram yoldaşı bu cür cinayətlərin qarşısının alınması üçün evsiz və ruhi xəstə insanların “həbs edilməli” olduğunu deyərkən, Kilmeade isə buna cavab olaraq deyib: “Yaxud da zorla zəhərli iynə. Yəni onları öldürmək”.

Bu sözlər xüsusilə Kaliforniya qubernatoru Gavin Nevsom da daxil olmaqla bir çox şəxs tərəfindən sərt şəkildə tənqid olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax