Operativ Məlumat Mərkəzi

HƏMAS Trampın irəli sürdüyü atəşkəs razılaşmasına sadiqliyini təsdiqlədi

1 dəq
Paylaş:
HƏMAS Trampın irəli sürdüyü atəşkəs razılaşmasına sadiqliyini təsdiqlədi
HƏMAS-ın silahlı qanadı yaydığı bəyanatda ABŞ prezidenti Donald Trampın təklif etdiyi atəşkəs razılaşmasının şərtlərinə və müddətinə sadiqliyini...

-ın silahlı qanadı bəyanatda ABŞ prezidenti Donald Trampın təklif etdiyi razılaşmasının şərtlərinə və müddətinə sadiqliyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Reuters"ə istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunub ki, İsrail ordusu əməliyyatlarla girovları azad edə bilmədikdən sonra atəşkəs və mübadilə razılaşması ilə razılaşıb.

Razılaşmaya əsasən, HƏMAS bazar ertəsi sağ qalan israilli girovların bir qismini təhvil verib. Bu addım, Trampın təşəbbüsü ilə əldə olunan və Qəzzada iki ildir davam edən müharibəyə son qoymağa yönəlmiş planın vacib mərhələsi kimi qiymətləndirilir.

İsrail ordusu Qırmızı Xaçın vasitəçiliyi ilə Qəzzadan 20 girovdan ilk yeddisini qəbul etdiyini açıqlayıb. Girovların azad edilməsi xəbəri Təl-Əvivin Girovlar Meydanında yüzlərlə insanın alqışları ilə qarşılanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax