Operativ Məlumat Mərkəzi

Hazır makarondan keçən bakteriya ölümə səbəb oldu

1 dəq
Paylaş:
Hazır makarondan keçən bakteriya ölümə səbəb oldu

ABŞ-də əvvəlcədən hazır makarondan keçən listeriya bakteriyası səbəbindən 6 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, həmin bakteriya səbəbindən 25 nəfər isə xəstəxanaya yerləşdirilib.

ABŞ İdarəsi açıqlamasında ölkə üzrə 18 ştatda listeriya halları alındığını açıqlayıb.

Açıqlamada qeyd olunub ki, əvvəlcədən bişirilib qablaşdırılmış hazır makarondan listeriya infeksiyasına yoluxan 6 nəfər ölüb, 1 qadın isə bətnindəki körpəsini itirib.

ABŞ Qida və Dərman İdarəsi 18 ştatda bakteriyaya yoluxmuş 27 nəfərdən 25-nin xəstəxanaya yerləşdirildiyini bildirib.

Listeriya epidemiyasına səbəb olan qablaşdırılmış makaronların sağlamlıq riski yaratdığı üçün bazardan geri toplandığı qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax