Operativ Məlumat Mərkəzi

Gürcüstanın XİN rəhbəri: Azərbaycanla strateji tərəfdaşlığın çox ciddi əhəmiyyəti var

2 dəq
Paylaş:
Gürcüstanın XİN rəhbəri: Azərbaycanla strateji tərəfdaşlığın çox ciddi əhəmiyyəti var
bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla Səmərqənddə keçirdiyi görüşdən sonra jurnalistlərə...

Gürcüstanın strateji tərəfdaşıdır, ikitərəfli kifayət qədər intensivdir və daimi fikir mübadiləsi vacibdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Gürcüstanın naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla Səmərqənddə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, görüşdə Orta Dəhlizin inkişafı baxımından Gürcüstan və Azərbaycanın mövqeyindən daha səmərəli istifadə üzrə gələcək addımlar planlaşdırılıb.

“Konkret layihələrlə bağlı iş aparılır və bu kontekstdə xarici işlər nazirləri səviyyəsində siyasi dialoq vacibdir. Yaxın gələcəkdə yüksək səviyyəli səfərlər də daxil olmaqla digər önəmli mövzular, həmçinin bizim daima müzakirə etdiyimiz müxtəlif sahələrdə məsələləri də var”, - nazir söyləyib.

Boçorişvili qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın çox ciddi əhəmiyyəti var:

“Bu tərəfdaşlıq həm Gürcüstan, həm də Azərbaycan üçün yalnız iki ölkə arasındakı münasibətlər baxımından deyil, daha geniş regional əməkdaşlıq kontekstində də çox mühüm daşıyır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax