Operativ Məlumat Mərkəzi

Gürcüstanın ədliyyə naziri Azərbaycana gəlib

3 dəq
Paylaş:
Gürcüstanın ədliyyə naziri Azərbaycana gəlib

Ədliyyə naziri Fərid Əhmədov gürcüstanlı həmkarı Paata Salia ilə görüş keçirib.

Ədliyyə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, nazir qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib və vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Fərid Əhmədov qeyd edib ki, cari ildə Gürcüstanın prezidenti Mixail Kavelaşvilinin, eləcə də İrakli Kobaxidzenin vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərlərini məhz Azərbaycana etmələri iki ölkə arasında münasibətlərin səmimi xarakterini və qarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir.

Görüşdə icra, xüsusi icra və probasiya sahələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə Gürcüstanla səmərəli təcrübə mübadiləsinin aparılması, həmçinin 2022-ci ildə Batumidə keçirilən Hüquq Forumu və imzalanmış Memorandumunun əlaqələrin inkişafına verdiyi töhfə müzakirə olunub. Tərəflər gələcəkdə də birgə tədbirlərin keçirilməsi və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ədliyyə sahəsində rəqəmsallaşmanın hər iki ölkə üçün prioritet olduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə icra proseslərinin rəqəmsallaşdırılması istiqamətində atılan innovativ addımlar - “Elektron hərrac” platforması, “Mobil icra” tətbiqi, eləcə də sənədlərə və qanunvericilik bazasına çıxışı təmin edən “E-qanun.ai” dəstəkli hüquqi axtarış platforması uğurla fəaliyyət göstərir.

Sonda vurğulanıb ki, bu səfər və keçirilən görüşlər təcrübə və fikir mübadiləsinə, eləcə də və Gürcüstan arasında hüquqi əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr