Əsas məzmuna keç

Futbolçular oğurluq etdilər, komandadan qovuldular

Futbolçular oğurluq etdilər, komandadan qovuldular

Bu barədə "Pundit Arena" portalı məlumat yayıb. Məlumata görə, klub iyulun 25-də Marudza ilə müqavilə imzalayıb, lakin cəmi dörd gün sonra, oğurluq...

İrlandiyanın "Kerri" müdafiəçi Şeyn Marudza və qapıçı Matias Randriamami ilə müqaviləyə xitam verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə "Pundit Arena" portalı məlumat yayıb.

Məlumata görə, klub iyulun 25-də Marudza ilə müqavilə imzalayıb, lakin cəmi dörd gün sonra, iddialarının yayılmasının ardından onunla əməkdaşlığa son qoyub. Eyni qərar qapıçı Randriamami ilə bağlı da qəbul edilib.

Klubun baş verənlərlə bağlı açıqlama verib:

“Təəssüf ki, onların dəyər və prinsipləri klubun standartlarına uyğun gəlmir.”

Portalın məlumatına əsasən, futbolçuların müqavilələrinin ləğv edilməsinə səbəb onların yerli supermarketdən oğurluq etdikləri iddialarıdır. Hadisə ilə bağlı rəsmi istintaq başladılıb-başladılmadığı barədə hələlik məlumat verilmir.

"Kerri" klubu İrlandiya futbol liqasının aşağı divizionlarında çıxış edir və son illər gənc futbolçuların inkişafına yönəlmiş siyasət aparır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…