Operativ Məlumat Mərkəzi

Fransa Rusiyanın aktivlərinin müsadirə edilməsi haqqında qətnaməni təsdiqləyib

2 dəq
Paylaş:
Fransa Rusiyanın aktivlərinin müsadirə edilməsi haqqında qətnaməni təsdiqləyib

Martın 12-də Fransa Milli Assambleyası Ukraynaya yardımın artırılmasına dair qətnaməni təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu qətnamədə digər məsələlərlə Rusiyanın aktivlərinin müsadirə edilməsi də nəzərdə tutulub.

Milli Assambleyanın Yael Braun Pive bildirib ki, 288 deputat sənədin lehinə, 54-ü əleyhinə səs verib.

Fevralın sonunda Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Rusiya aktivlərinin müsadirəsi mümkün deyil, çünki bu, hüquqa ziddir.

Daha sonra o, Maliyyə Nazirliyinə belə bir qərarın mümkün nəticələrini öyrənməyi tapşırıb.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Aİ və G7 ölkələri Rusiyanın valyuta ehtiyatlarının yarısını, təxminən 300 milyard avronu dondurub.

Bunlardan 200 milyarddan çoxu Avropa İttifaqında, əsasən dünyanın ən böyük klirinq və hesablaşma sistemlərindən biri olan Belçika Euroclear-ın hesablarındadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax