Əsas məzmuna keç

Finlandiya Rusiya ilə sərhədində 140 kilometrlik hasar inşa edib

Finlandiya Rusiya ilə sərhədində 140 kilometrlik hasar inşa edib

Finlandiya ilə sərhəd boyunca inşa 200 hasarının 140 kilometrini artıq tamamlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Finlandiya Sərhəd Mühafizəsinə istinadən xəbər verir ki, layihənin 2025-ci ilin yayına qədər tam başa çatdırılması planlaşdırılır.

2025-ci ilin noyabrında "Yle" televiziya kanalı sərhəd hasarının tikintisinin yekunlaşmaq üzrə olduğunu bildirib. Məlumata görə, hasar Rusiya sərhədindən təxminən 1 kilometr məsafədə yerləşir.

Layihə çərçivəsində sərhədin daimi nəzarətdə saxlanılması üçün müasir müşahidə sistemi quraşdırılır: hər 20 metrdən bir CCTV kameraları, hər 500 metrdən bir texniki xidmət qapıları, hər 3 kilometrdən bir isə heyvan keçidləri yerləşdiriləcək.

Hasarın hündürlüyü 4,5 metr təşkil edir və yuxarı hissəsi tikanlı məftillərlə möhkəmləndirilib. Finlandiya rəsmiləri bildirirlər ki, bu infrastruktur sərhəd təhlükəsizliyinin artırılması və mümkün qeyri-qanuni keçidlərin qarşısının alınması məqsədi daşıyır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…