Operativ Məlumat Mərkəzi

Film layihələrinin pitçinq mərhələsinə start verilir

2 dəq
Paylaş:
Film layihələrinin pitçinq mərhələsinə start verilir

2025-ci il üzrə “Dövlət ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin mərhələsi sentyabr ayında Kino Mərkəzində Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublikasının Kino Agentliyi tərəfindən keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pitçinq mərhələsi iştirakçılara film layihələrini təqdim etmək imkanı yaradacaq. Hər layihəyə ümumilikdə 15 dəqiqə vaxt ayrılıb. Bu müddət çərçivəsində layihənin təqdimatı və müzakirə hissələri olacaq. Yalnız tammetrajlı bədii filmlər üçün əlavə olaraq bir dəqiqəlik tizer nümayişi nəzərdə tutulur.

Təqvimə əsasən, 5 sentyabrda 5 animasiya və 3 tələbə filmi, 12 sentyabrda 8 qısametrajlı bədii film, 19 sentyabrda 4 bədii-sənədli və 3 sənədli film, 26 sentyabrda isə 6 tammetrajlı bədii film təqdim olunacaq.

Təqdimatlar saat 10:00-da Nizami Kino Mərkəzində başlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax