Əsas məzmuna keç

Britaniya kino jurnalı may sayının üz qabığını Azərbaycana ayırdı

Britaniya kino jurnalı may sayının üz qabığını Azərbaycana ayırdı

Birləşmiş Krallığın tanınmış nəşri ölkəmizin mədəniyyətini və kino potensialını geniş işıqlandırıb. Beynəlxalq mediada əks-səda doğuran bu layihənin təfərrüatları...

en ru

Böyük Britaniyanın sahəsində aparıcı beynəlxalq nəşrlərindən olan "Screen International" jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, jurnalın üz qabığında Azərbaycanda kino istehsalı sahəsində aparılan islahatların nəticələrindən biri olan geri ödəniş (cash rebate) mexanizmi ilə bağlı informasiya verilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli qərarına əsasən, ölkə ərazisində istehsalı üçün mal, iş və xidmətlərin alınmasına xərclərin 25 faizi istehsalçıya geri qaytarılır. Bundan başqa, mədəniyyətimizin təbliği üçün müəyyən edilmiş meyarların azı üçünə cavab verdikdə çəkilmiş xərclərin daha 15 faizi istehsalçıya geri ödəniləcək.

Beləliklə, istehsalçı şirkət xərclərinin 40%-ə qədərini geri ala biləcək. Bunu əsas götürərək jurnal Azərbaycanın xarici film istehsalçılarının sevimli məkanına çevriləcəyini bəyan edir.

Jurnalın may buraxılışı 79-cu Kann Film Festivalına həsr edilib. Hazırda bu festivalda milli stendlə təmsil olunur. Onu da bildirək ki, əsası 1889-cu ildə qoyulan "Screen International" jurnalı 1975-ci ildən indiki adı ilə nəşr olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…