Operativ Məlumat Mərkəzi

Azərbaycanda xarici prodüserlər üçün film çəkilişlərinə maliyyə güzəşti tətbiq olunur

2 dəq
Paylaş:
Azərbaycanda xarici prodüserlər üçün film çəkilişlərinə maliyyə güzəşti tətbiq olunur
bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə edilən “Kinematoqrafiya haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini...

Azərbaycanda film istehsalı sahəsində xarici prodüserlər üçün yeni güzəşt mexanizmi nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə edilən “Kinematoqrafiya haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Təklifə əsasən, xarici prodüserlərin Azərbaycan ərazisində film çəkilişlərinə cəlb edilməsi məqsədilə təşviqedici tədbirlər kinematoqrafiyanın dövlət tərəfindən dəstəklənməsinin əsas formalarından biri kimi müəyyənləşdirilir. Bu çərçivədə, ölkə ərazisində film istehsalı üçün çəkilən xərclərin bir hissəsinin geri qaytarılması nəzərdə tutulur.

Xarici və birgə istehsal olunan filmlər üzrə xərclərin qismən ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən, təsdiqlənmiş qayda və şərtlər əsasında həyata keçiriləcək.

Qanun layihəsində qeyd olunur ki, xarici prodüser dedikdə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, eləcə də xarici hüquqi şəxs olan prodüser başa düşülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər