Operativ Məlumat Mərkəzi

FHN hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə təlim keçirib

2 dəq
Paylaş:
FHN hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “ ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax