Əsas məzmuna keç

FHN əməkdaşları bağlı qapı arxasında qalan vətəndaşları xilas ediblər

FHN əməkdaşları bağlı qapı arxasında qalan vətəndaşları xilas ediblər

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə şəhərinin Yasamal rayonu, Ş.M. Xiyabani küçəsində vətəndaşın bağlı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər ləvazimatlarının ilə onyeddimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində mənzilə eyvandan daxil olaraq 2013-cü il təvəllüdlü yeniyetməni yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

Bundan əlavə, daxil olmuş məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən alpinist ləvazimatlarının köməyi ilə Nəsimi rayonu, Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə köməksiz vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü vətəndaşa müvafiq köməklik göstərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…