Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlandı - 02.03.2025

1 dəq
Paylaş:
Faktiki hava açıqlandı - 02.03.2025

Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində şaxtalı müşahidə olunur, yağıntılar səhər saatlarından kəsilib.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada () 105, Qaxda (Sarıbaş) 68, Şəki və Qəbələdə 45, Lerikdə 43, Altıağacda 34, Qubada 29, Oğuzda 25, Xaltan və İsmayıllıda 22, Şahdağda 17, Astara və Şahbuzda 15, Ağsu və Daşkəsəndə 14, və Lənkəranda 12, Xınalıq və Qobustanda 11, Gədəbəydə 8, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şuşa və Qusarda 6, Yardımlıda 5, Göyçayda 4, Xankəndi, və Tərtərdə 3, Xocalıda 2, Sədərəkdə 1 sm-dir.

Göygöl, Balakən, Şəki, İmişli, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 1000 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və yarımadasında, eyni zamanda Aran rayonlarında 6, Naxçıvan MR-da 8, dağlıq rayonlarda isə 21 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax