Əsas məzmuna keç

Etibarnamə ilə bağlı problem həll olundu

Etibarnamə ilə bağlı problem həll olundu

indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq. Belə ki, Daxili İşlər...

Etibarnamə ilə edənlərin üzləşdiyi problem öz həllini tapıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.

Belə ki, Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqi vasitəsilə etibarnamə ilə avtomobili idarə edəcəyiniz tarixləri seçə və bununla bağlı müraciət ünvanlaya bilərsiniz.

Bir gün sonra təsdiqlənən müraciətdə sürücü, etibarnamə ilə avtomobili idarə edəcəyi tarix aralığını seçir. Etibarnamə ilə avtomobili idarə edən şəxs qeyd olunan müddətdə inzibati xəta törətməyibsə, ondan sonrakı tarixlərin məsuliyyətini daşımamış olur.

Bir sözlə, avtomobil sahibi kiməsə vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər. Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…