Operativ Məlumat Mərkəzi

DYP qış mövsümünə hazırlıqla bağlı çağırış edib

1 dəq
Paylaş:
DYP qış mövsümünə hazırlıqla bağlı çağırış edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış edib.İdarədən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən...

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata görə, müraciətdə deyilir:

"Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırır.

Unutmaq olmaz ki, avtomobilimizin sazlığı istənilən hava şəraitində mənzil başına rahat və təhlükəsiz çatmağımız üçün ən etibarlı zəmanətidir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər