Əsas məzmuna keç

Estoniyanın xarici işlər naziri Kiyevdədir

Estoniyanın xarici işlər naziri Kiyevdədir

bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X”də paylaşım edib. Onun sözlərinə görə, görüş zamanı tərəflər müharibəni vəziyyəti, Rusiyanın...

naziri Marqus Tsahkna rəsmi səfərlə Kiyevə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X”də paylaşım edib.

Onun sözlərinə görə, görüş zamanı müharibəni vəziyyəti, Rusiyanın mülki əhaliyə və infrastrukturuna qarşı hücumu, Ukraynanın dayanıqlığını gücləndirməyin yolları və Moskva üzərində təzyiqin artırılması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin dondurulmuş Rusiya aktivlərinin tam istifadəsi, Ukraynanın Avropa İttifaqına üzvlüyü, bərpa prosesi və SAFE mexanizmi çərçivəsində qarşılıqlı faydalı mövzularını də müzakirə ediblər.

Ukraynalı nazir estoniyalı həmkarına ölkəsinə silah alınması üçün 10 milyon avro ayırdığına görə təşəkkür edib.

Ukraynanın enerji dayanıqlığının gücləndirilməsi, xüsusilə qış mövsümünə hazırlıq sahəsində Estoniyanın davamlı dəstəyi yüksək qiymətləndirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…