Operativ Məlumat Mərkəzi

Estoniyanın milli hava yolları şirkəti müflis olduğunu elan edib

1 dəq
Paylaş:
Estoniyanın milli hava yolları şirkəti müflis olduğunu elan edib

Estoniyanın məhkəməsi “Nordica” milli hava yolları şirkətini elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ERR televiziya və yayım portalı yazıb ki, “Nordica” aviaşirkəti 2024-cü il noyabrın 20-də müflis olmasına dair müraciət göndərib.

Aviaşirkət və ona bağlı müəssisələr də, həmçinin 272 işçinin ixtisar edilməsi barədə məlumat verib. yaradılan zaman hökumət 40,2 milyon avro maliyyə vəsaiti ayırıb. “Nordica”nın fəaliyyəti dövründə dövlət tərəfindən sərmayənin ümumi həcmi təxminən 70 milyon avro təşkil edib.

Bütün bunlara baxmayaraq, 2023-cü ilin dekabrından davam edən şirkətin özəlləşdirilməsi cəhdləri uğursuz olub. “Nordica”nın müflis olmasına dair məhkəməyə təqdim etdiyi müraciətinə əsasən, şirkətin borc məbləği onun aktivlərinin dəyərindən 38 milyon avro çox idi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax