Operativ Məlumat Mərkəzi

Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq

2 dəq
Paylaş:
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq

Azərbaycanın naziri ilə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna arasında aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı, -Estoniya ikitərəfli və çoxtərəfli gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.

Ölkələrimiz arasında intensivləşən siyasi dialoqun və qarşılıqlı səfərlərin məmnunluq doğurduğu bildirilib. Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Telefon danışığı zamanı, nazir Marqus Tsahkna Estoniyanın ölkəmizdəki səfirliyinin 2026-cı ildə açılması barədə rəsmi qərarın qəbul edildiyi barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində bu addımın təqdirəlayiq olduğunu bildirib. Bu addımın iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax