Əsas məzmuna keç

Ceyhun Bayramov Koreya ilə 2 tərəfli münasibətləri müzakirə etdi

Ceyhun Bayramov Koreya ilə 2 tərəfli münasibətləri müzakirə etdi

XİN rəhbəri və Cho Tae-yul Seul ilə Bakı arasında iqtisadi tərəfdaşlıq, investisiya imkanları və regional sabitlik məsələlərini nəzərdən keçiriblər. Detallar:

ru en

Azərbaycanın naziri ilə Koreya xarici işlər naziri Ço Hyon arasında aparılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı ilə Koreya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional məsələləri müzakirə olunub.

Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.

Azərbaycan Hökuməti ilə Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.

Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər regional əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə toxunaraq, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Həmçinin Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (UNESCAP) sədrliyinin məmnunluqla qarşılandığı Koreya tərəfindən vurğulanıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…