Operativ Məlumat Mərkəzi

"Əş-Şifa" xəstəxanasında döyüşlər davam edir

2 dəq
Paylaş:
"Əş-Şifa" xəstəxanasında döyüşlər davam edir

İsrail hərbi qüvvələri “Əş-Şifa” xəstəxanası və ona bağlı şəbəkəsində -a qarşı keçirdiyi əməliyyatlarda 140-dan çox HƏMAS silahlısını öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail müdafiə nazirliyinin katibi Daniel Haqari məlumat verib.

O, HƏMAS-ın 600 silahlısının həbs edildiyini deyib.

Onların arasında qruplaşmanın yüksək rütbəli komandirləri də var.

Əməliyyatlar zamanı 2 İsrail əsgəri öldürülüb.

Haqari əməliyyatların bir neçə gün davam edə biləcəyini ifadə edib.

HƏMAS Əş-Şifa xəstəxanası və tunel şəbəkəsində heç bir döyüşçüsünün olmadığını, xəstəxanada öldürülənlərin yaralı və evlərindən qaçqın düşmüş dinc əhali olduğunu bildirir.

Əş-Şifa xəstəxanası ətrafında HƏMAS silahlılarının necə yenidən qruplaşdığı hökuməti tərəfindən də araşdırılan məsələdir.

“İsrail Əş-Şifanı bir dəfə təmizlədi. HƏMAS isə ora yenidən qayıtdı. Bu sual doğrur: HƏMAS-ın əraziyə yenidən nəzarəti ələ ala bilməməsi üçün ona qarşı hansı dayanıqlı kampaniya aparmaq olar”, - deyə Amerika Birləşmiş Ştatlarının Milli Müşaviri Ceyk Salivan bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax