Operativ Məlumat Mərkəzi

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11,5 il müddətinə həbs cəzası verilib

1 dəq
Paylaş:
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11,5 il müddətinə həbs cəzası verilib

Ermənistanda əsir hərbçisi Aqşin Bəbirova 11,5 il müddətinə həbs cəzası verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Aqşin “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurdu.

Əsirlikdə olan digər hərbçimiz Axundovla bağlı istintaq tədbirləri davam edir.

Qeyd edək ki, bu ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu tərəfindən əsir götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax