Operativ Məlumat Mərkəzi

Ermənistan XİN: “3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib

2 dəq
Paylaş:
Ermənistan XİN: “3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib

“3+3” formatında növbəti görüşün hələ müəyyənləşdirilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iclasın təşkili məsələsi artıq bir neçə aydır müzakirə olunur. İştirakçı görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.

Nazirlik xatırladıb ki, regional məsləhətləşmə platformasının əvvəlki iclasının nəticələrinə əsasən, tərəflər növbəti görüşün tarix və yerinin diplomatik kanallar vasitəsilə müəyyənləşdirilməsi barədə razılığa gəliblər. Bu, qarşılıqlı anlayışa əsaslanır ki, növbəti iki iclas İrəvan və Bakı şəhərlərində keçirilməlidir.

Qeyd edək ki, XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirib ki, Moskva növbəti iclasın təşkili ilə bağlı Yerevan və Bakı arasında operativ razılaşmanın əldə olunacağına ümid edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax