Əsas məzmuna keç

XİN Beynəlxalq Gənclər Günü ilə bağlı paylaşım etdi

XİN Beynəlxalq Gənclər Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Xarici İşlər Nazirliyi 12 avqust tarixi ilə bağlı rəsmi bəyanat yaydı. Gənclərin qlobal inkişafdakı rolu və diplomatik təşəbbüslər barədə detallar.

en ru

Xarici İşlər Nazirliyi (XİN) yüksək bilik və bacarığa, innovativ düşüncəyə və vətənə bağlılığa malik gənclərin bundan sonrakı dövrlərdə də dövlətin və xalqın rifahına, eləcə də ölkənin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə 12 avqust – Beynəlxalq Günü münasibətilə XİN-in "X" hesabında paylaşım edilib.

"12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gənclərimizi səmimi qəlbdən təbrik edirik. Milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin davamlı inkişafı və müasir dövrün çağırışlarına cavab verən güclü naminə nümayiş etdirdiyiniz fəallıq, təşəbbüskarlıq və əzmkarlıq böyük qürur hissi doğurur. Əminik ki, yüksək bilik və bacarığa, innovativ düşüncəyə və vətənə bağlılığa malik gənclərimiz bundan sonrakı dövrlərdə də dövlətimizin və xalqımızın rifahına, eləcə də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəklər", - paylaşımda qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…