Operativ Məlumat Mərkəzi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb - 10.06.2023

2 dəq
Paylaş:
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb - 10.06.2023

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilən seçkilərindən sonra ilk xarici səfərinə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TRT Ərdoğanın səfər proqramını açıqlayıb.

Bildirilib ki, Türkiyə Prezidenti ilk xarici səfərini iyunun 12-də Şimali Kiprə edəcək.

O, Şimali Kipr Prezidenti Ersin Tatar və Ünal Üstel ilə görüşəcək. Ərdoğan təkbətək görüş və iş yeməyindən sonra Prezident sarayında Tatarla birgə keçirəcək.

Görüşlərdə Kiprlə bağlı gələcəkdə atılacaq addımların qiymətləndirilməsi və Şərqi Aralıq dənizindəki hadisələrin müzakirəsi gözlənilir.

Ərdoğan çərşənbə axşamı, iyunun 13-də Azərbaycanda olacaq. O səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək.

İkitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində atılacaq addımların və iki ölkə arasında sahələrinin müzakirə olunacağı görüşlərdə regional və hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax