Əsas məzmuna keç

Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edilib

Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edilib

Rusiyanın Maqadan vilayətinin səlahiyyətliləri quş qripinin yüksək patogenli A növünə su quşlarının cəsədlərinin aşkarlanmasından sonra karantin elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-nə istinadən xəbər verir ki, bu barədə vilayətin Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilib ki, ölü vəhşi quşlar Olski bələdiyyə rayonu ərazisində, Oxot dənizinin sahilində, Tauysk qəsəbəsi yaxınlığında tapılıb.

Bundan əlavə, nazirlik sakinlərinə quş ölüsü tapacaqları halda onlara müdaxilə etməməyi tövsiyə edib.

Eyni zamanda region sakinlərinin ev quşlarında xəstəliyin ilk əlamətləri və ya qeyri-normal davranışlar aşkar edildikdə dərhal nazirliyə müraciət etmələri tövsiyə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…