Əsas məzmuna keç

Türkiyə və Böyük Britaniya "Eurofighter" qırıcı təyyarələrinin tədarükünə dair saziş imzalayıb

Türkiyə və Böyük Britaniya "Eurofighter" qırıcı təyyarələrinin tədarükünə dair saziş imzalayıb

və Böyük " Typhoon" qırıcı təyyarələrinin tədarükünə dair imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ankarada Böyük Britaniyanin Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənəd oktyabrın 27-də Türkiyə və Böyük Britaniya nümayəndə heyətləri arasında Ankarada baş tutan görüş zamanı imzalanıb:

"Bu addımı iki yaxın müttəfiq olaraq strateji münasibətlərimizdə yeni bir mərhələ kimi qiymətləndirirəm. İnanıram ki, Böyük Britaniya ilə bu əməkdaşlıq müdafiə sənayesində birgə layihələrə qapı açacaq".

Qeyd edək ki, Türkiyə Böyük Britaniyadan 20, Qətər və Omandan isə 24 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarəsi alacaq.

Ərdoğan həmçinin qeyd edib ki, Starmer ilə ticarət və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Biz ticarətimizin həcmini 30 milyard dollara, sonra isə 40 milyard dollara qədər artırmağa hazırıq. Biz həmçinin qarşılıqlı investisiyalara və energetika və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik. İnanıram ki, strateji tərəfdaşlığımızı yeni səviyyəyə çıxaracağıq", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, tərəflər həmçinin Qəzza sektorunda humanitar vəziyyəti, Rusiya-Ukrayna müharibəsini və bu münaqişənin həlli üçün tərəflərin ata biləcəyi addımları, eləcə də Suriyada sabitliyin qorunmasının əhəmiyyətini müzakirə ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…