Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğanın andiçmə mərasiminə bu liderlər gəlir

2 dəq
Paylaş:
Ərdoğanın andiçmə mərasiminə bu liderlər gəlir

İyunun 3-də Böyük Millət Məclisində keçiriləcək Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dünyanın 25 lideri və 45-ə yaxın nazir qatılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb .

Məlumata görə, mərasimdə İlham Əliyev və digər türk respublikalarının liderləri iştirak edəcək.

Bir sıra ölkələr isə xarici işlər nazirləri səviyyəsində qatılacaq. Somali, Əlcəzair, Balkan ölkələrinin prezidentlərinin, Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman əs-Saninin andiçmə mərasiminə qatılacağı bildirilib.

Qeyd edilib ki, NATO Yens Stoltenberq də mərasimdə iştirak edəcək. Andiçmə mərasimindən sonra Ərdoğanın ilk qonağı BƏƏ əmiri Məhəmməd bin Zayed ən-Nəhyan olacaq. Hər iki lider görüşdən sonra İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçını izləyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax