Əsas məzmuna keç

Ərdoğanın andiçmə mərasiminə bu liderlər gəlir

Ərdoğanın andiçmə mərasiminə bu liderlər gəlir

İyunun 3-də Böyük Millət Məclisində keçiriləcək Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dünyanın 25 lideri və 45-ə yaxın nazir qatılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb .

Məlumata görə, mərasimdə İlham Əliyev və digər türk respublikalarının liderləri iştirak edəcək.

Bir sıra ölkələr isə nazirləri səviyyəsində qatılacaq. Somali, Əlcəzair, Balkan ölkələrinin prezidentlərinin, Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman əs-Saninin andiçmə mərasiminə qatılacağı bildirilib.

Qeyd edilib ki, NATO Yens Stoltenberq də mərasimdə iştirak edəcək. Andiçmə mərasimindən sonra Ərdoğanın ilk qonağı BƏƏ əmiri Məhəmməd bin Zayed ən-Nəhyan olacaq. Hər iki lider görüşdən sonra İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçını izləyəcək.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…