Əsas məzmuna keç

Ərdoğan: Türkiyə terrorla mübarizədə ŞƏT-lə əməkdaşlığı gücləndirməyə hazırdır

Ərdoğan: Türkiyə terrorla mübarizədə ŞƏT-lə əməkdaşlığı gücləndirməyə hazırdır

bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı deyib. O qeyd...

Türkiyə terrorla mübarizədə (ŞƏT) ilə əməkdaşlığı gücləndirməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

O qeyd edib ki, nizamın üz-üzə qaldığı ciddi problemlərə qarşı səsini çıxaran ölkələrdən biri də Türkiyədir:

"Türkiyə güclünün haqlı deyil, haqlının güclü olduğu, bununla yanaşı, sülh, , rifah yaradan beynəlxalq sistemin inşası üçün çalışır. Məqsədimiz regionda və ondan kənarda sülhü təsis etməkdir. Onminlərlə vətəndaşını terrora qurban vermiş Türkiyə terrorun qanlı üzünü çox yaxşı tanıyır. 40 ildir terrorla mübarizə aparırıq və aparmağa da davam edəcəyik. Bu çərçivədə ŞƏT-lə dialoqu gücləndirməyə hazırıq".

Türkiyənin milyonlarla qaçqına qucaq açmasına da diqqət çəkib:

"Türkiyə olaraq müvəqqəti mühafizə altındakı suriyalılar da daxil olmaqla, 4 milyondan çox insana qucaq açmışıq. bu kimi sözügedən problemlərlə mübarizədə böyük rol oynayır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…