Operativ Məlumat Mərkəzi

Ərdoğan: "Taxıl sazişi"nin uzadılmasını Putinlə müzakirə edəcəyik"

2 dəq
Paylaş:
Ərdoğan: "Taxıl sazişi"nin uzadılmasını Putinlə müzakirə edəcəyik"

"Qara dəniz Taxıl Təşəbbüsü" tarixə uğurlu nümunə kimi düşüb. Biz bu təşəbbüsün davam etməsi üçün əlimizdən gələni etməyə hazırıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidenti Rəcəb Tayyib Səudiyə Ərəbistanı və digər ölkələrinə rəsmi səfərindən öncə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə Prezidenti deyib ki bu təşəbbüs sayəsində dünya bazarına 33 milyon tondan çox taxıl çıxarılıb ki bunun nəticəsində yoxsul ölkələrdə ərzaq böhranın qarşısı alınıb.

“Ancaq mən inanıram ki Prezidenti Vladimir Putin bu humanitar körpünün davam etməsini istəyir. Bizim nazirimiz rusiyalı həmkarı ilə bu məsələ ətrafında danışacaq. Mən də körfəz ölkələrinə səfrimdən geri döndümkdən sonra bu məsələ ətrafında Rusiya Prezidenti Putinlə müzakirələr aparacağam. Biz cənab Putinlə avqust ayında görüşəcəyik və bu xüsusda ətraflı müzakirələr aparacağıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax