Əsas məzmuna keç

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün səylərini davam etdirir

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün səylərini davam etdirir

“Bu gün burada Rusiya-Ukrayna arasında müharibənin necə sona çatdırılması ilə bağlı müzakirələr apardıq”.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu naziri Mövlud Çavuşoğlu Budapeştdə Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto ilə birgə konfransında deyib.

Nazir bildirib ki, savaşın bir gün mütləq masada bitəcəyinə inanır: “Bəzi ölkələr bizdən səylərimizi daha da artırmağımızı istəyirlər. Ancaq bu müharibə davam edərkən belə əslində diplomatiyanın işlədiyini Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti ilə gördük. Bunun nümunələri “Taxıl sazişi”, əsir mübadiləsi və sairdir. Bir çox bilinən-bilinməyən görüşləri rus və ukraynalılar arasında Türkiyə təşkil edib. Bu da diplomatiyanın işlədiyinin göstərilməsi baxımından çox önəmlidir. Ona görə də dostumuz Atilla Tilkiyə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərməsinə görə təşəkkür edirəm. Həqiqətən savaşın bitməsi üçün gecə-gündüz səylərini davam etdirir. Biz bu səyləri davam etdirməsək, müharibə daha uzun çəkə bilər”.

Türkiyə XİN başçısı əlavə edib ki, Antalya Diplomatiya Forumunda Macarıstan Baş naziri Viktor Orbanı qarşılamaqdan məmnun olacaqlar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…