Əsas məzmuna keç

Ərdoğan Qəzzada atəşkəsə nail olunmasından məmnundur

Ərdoğan Qəzzada atəşkəsə nail olunmasından məmnundur

Ərdoğan Şarm Əl-Şeyxdə Türkiyənin də iştirakı ilə aparılan HAMAS–İsrail danışıqları nəticəsində əldə edilən atəşkəs razılaşmasından məmnun olduğunu...

Prezidenti Rəcəb Tayyib Qəzzada atəşkəsin əldə olunması münasibətilə ABŞ, və Misirə təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ərdoğan Şarm Əl-Şeyxdə Türkiyənin də iştirakı ilə aparılan HAMAS–İsrail danışıqları nəticəsində əldə edilən atəşkəs razılaşmasından məmnun olduğunu bildirib.

“İsrail hökumətinin atəşkəsə təşviq edilməsində lazım olan siyasi iradəni ortaya qoyan ABŞ Prezidenti cənab Tramp başda olmaqla, razılaşmanın əldə edilməsinə mühüm töhfələri olan qardaş - Qətər və Misirə xüsusi təşəkkürümü bildirirəm. Türkiyə olaraq razılaşmanın tam şəkildə icra olunmasını yaxından izləyəcəyik və prosesə töhfə verməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.

O, 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin qurulması üçün mübarizənin davam etdiriləcəyini vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…