Operativ Məlumat Mərkəzi

Ərdoğan: İranı hədəf alan iyrənc hücumları qınayırıq

2 dəq
Paylaş:
Ərdoğan: İranı hədəf alan iyrənc hücumları qınayırıq

"İsrail bölgəmizi, xüsusilə Qəzzanı qan, gözyaşı və qeyri-sabitlik içində boğmaq strategiyasını bu səhərdən etibarən çox təhlükəli həddə çatdırdı".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "X" sosial şəbəkəsində prezidenti Rəcəb Tayyip yazıb.

O qeyd edib ki, İsrailin İrana hücumları hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır.

"İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzanı hədəf alan qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxta təsadüf edən bu hücumlar İsrailin qayda pozan zehniyyətini nümayiş etdirir. Netanyahu administrasiyası ehtiyatsız, aqressiv və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna son qoymalıdır. Netanyahunun və onun qırğın şəbəkəsinin bütün bölgəmizi yandıran hücumlarının qarşısı mütləq alınmalıdır. Bu gün biz bir daha bildiririk ki, biz Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmirik. Türkiyə olaraq qonşumuz İranı hədəf alan hücumları . Həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyir, dost və qardaş İran xalqına başsağlığı veririk".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr