Əsas məzmuna keç

Elm və təhsil naziri Türkiyəyə səfər edib

Elm və təhsil naziri Türkiyəyə səfər edib

mayın 8-də Emin Əmrullayev Ankara şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası...

Elm və təhsil naziri Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mayın 8-də Emin Əmrullayev Ankara şəhərində keçirilən Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında iştirak edib.

Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərlikləri iştirak ediblər.

Səfər çərçivəsində elm və təhsil naziri Türkiyənin milli təhsil naziri Yusuf Tekin, Şurasının sədri Erol Özvar və Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədri Mahmut Özerlə görüşüb.

Görüşlərdə iki ölkə arasında təhsil sahəsində davam edən və planlaşdırılan əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…