Elm və təhsil naziri Türkiyəyə səfər edib

Elm və təhsil naziri Türkiyəyə səfər edib
11.05.2024 12:03
Aa
dəq

Elm və təhsil naziri Emin Əmrullayev Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mayın 8-də Emin Əmrullayev Ankara şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında iştirak edib.

Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərlikləri iştirak ediblər.

Səfər çərçivəsində elm və təhsil naziri Türkiyənin milli təhsil naziri Yusuf Tekin, Ali Təhsil Şurasının sədri Erol Özvar və Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədri Mahmut Özerlə görüşüb. 

Görüşlərdə iki ölkə arasında təhsil sahəsində davam edən və planlaşdırılan əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu