Operativ Məlumat Mərkəzi

Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı

1 dəq
Paylaş:
Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı

Sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin mühafizəçisi Kənan Basqalın saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub. Faktla bağlı başlanılıb, araşdırma aparılır.

Məlumatı DİN-in Xidmətinin Media və İctimaiyyətlə Şöbəsinin rəisi Anar Qafarov təsdiq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax