Əsas məzmuna keç

Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı

Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı

Sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin mühafizəçisi Kənan Basqalın saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. "Operativ Məlumat...

Sosial şəbəkələrdə sədri Əli Kərimlinin mühafizəçisi Kənan Basqalın saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub. Faktla bağlı başlanılıb, araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov təsdiq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…