Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov: Humanitar əməkdaşlıq MDB-də əsas istiqamətlərdən biridir

2 dəq
Paylaş:
Əli Əsədov: Humanitar əməkdaşlıq MDB-də əsas istiqamətlərdən biridir

Humanitar Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri olaraq qalır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın Aşqabadda keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

Baş nazirin sözlərinə görə, humanitar layihələr və təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanı və ənənəvi dostluğu möhkəmləndirmək üçün əhəmiyyətli potensiala malikdir.

Əli Əsədov qeyd edib ki, Minsk şəhərinin 2027-ci ildə, Karaqanda şəhərinin isə 2028-ci ildə MDB Gənclər paytaxtları elan edilməsi qərarı xüsusi rəmzi və praktik əhəmiyyətə malikdir.

“Əminəm ki, bu tədbirlərin həyata keçirilməsi gənclərin ictimai, siyasi və sosial-iqtisadi həyatda daha fəal iştirakını təşviq edəcək, eləcə də Birlik daxilində humanitar əlaqələri daha da gücləndirəcək”, - deyə o vurğulayıb.

, həmçinin qeyd edib ki, dayanıqlı inkişaf, urbanizasiya və həyat keyfiyyətinin yaxşılaşdırılması üzrə ən böyük platformalardan biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bu gün Bakıda başa çatır. O bildirib ki, BMT-nin himayəsi altında keçirilən forum rekord sayda iştirakçını - 182 ölkədən 40 mindən çox nümayəndəni bir araya gətirib.

Əli Əsədov forumda fəal iştirak etdiklərinə görə MDB üzv dövlətlərinin nümayəndələrinə təşəkkürünü bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax