Əsas məzmuna keç

Əli Əsədov: Humanitar sahədə əməkdaşlıq MDB-nin prioritetlərindəndir

Əli Əsədov: Humanitar sahədə əməkdaşlıq MDB-nin prioritetlərindəndir

Azərbaycanın Baş naziri Aşqabadda keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edib.

en ru

Azərbaycanın Aşqabadda təşkil olunan Hökumət Başçıları Şurasının iclasında iştirak edib. O, çıxışı zamanı humanitar əməkdaşlığın Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.

qeyd edib ki, humanitar təşəbbüslər və layihələr xalqlar arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün böyük imkanlara malikdir. Əli Əsədov Minsk (2027) və Karaqanda (2028) şəhərlərinin MDB-nin Gənclər paytaxtları seçilməsinin həm rəmzi, həm də praktiki əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu addım gənclərin ictimai-siyasi və sosial-iqtisadi proseslərdə fəallığını artıracaq, eləcə də Birlik daxilindəki humanitar əlaqələri gücləndirəcək.

Bundan əlavə, Əli Əsədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına toxunub. O, BMT-nin himayəsi ilə təşkil olunan və 182 ölkədən 40 mindən çox nümayəndəni bir araya gətirən bu tədbirdə iştiraklarına görə MDB ölkələrinin təmsilçilərinə təşəkkürünü bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…