Operativ Məlumat Mərkəzi

Eldəniz Əzizli 4 qat dünya çempionu oldu! - YENİLƏNİB

2 dəq
Paylaş:
Eldəniz Əzizli 4 qat dünya çempionu oldu! - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 55 kq dərəcəsində mübarizə idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.

***

Azərbaycanın yunan-Roma güləşçisi, 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, idmançı finalda fransalı rəqibi İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib.

***

Azərbaycanın yunan-Roma güləşçisi, 63 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək çempion olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax