Əsas məzmuna keç

Eldəniz Əzizli 4 qat dünya çempionu oldu!

Eldəniz Əzizli 4 qat dünya çempionu oldu!

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə...

Azərbaycanın yunan-Roma güləşçisi Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 55 kq dərəcəsində mübarizə idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.

Azərbaycanın yunan-Roma güləşçisi, 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, idmançı finalda fransalı rəqibi İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycanın yunan-Roma güləşçisi, 63 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək çempion olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…