Operativ Məlumat Mərkəzi

Efiopiya Prezidenti: Qlobal Şimal maliyyələşdirmə məsələsində sözdən əmələ keçməyə tələsmir

2 dəq
Paylaş:
Efiopiya Prezidenti: Qlobal Şimal maliyyələşdirmə məsələsində sözdən əmələ keçməyə tələsmir

Qlobal Şimal, xüsusilə Avropa ölkələri maliyyə öhdəlikləri məsələsində sözdən əmələ keçməyə tələsmirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu COP29 çərçivəsində Efiopiya Prezidenti Taye Atske jurnalistlərə bildirib.

T.Selassie qeyd edib ki, inkişaf etməkdə olan iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə maliyyə dəstəyinə ümid edirlər: “Lakin əlləri yana salıb maliyyələşdirməni gözləmək olmaz. Yerli fəaliyyətlər də lazımdır”.

Onun sözlərinə görə, Qlobal Şimal ölkələri ilə mübarizədə böyük siyasi iradə etdirirlər, ancaq məsələnin maliyyə tərəfinə gəldikdə konkret atılmır.

"Bu, ya həmişə çox yavaş olur, ya da ümumiyyətlə, heç bir addım atılmır. Lakin bəzi ölkələr öhdəliklərə sadiq olduqlarını nümayiş etdirir, fərdi addımlar atırlar. Ancaq biz kollektiv fəaliyyət gözləyirik", - Efiopiya Prezidenti qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax